Jurnalist Bouz: ABŞ 70 il əvvəl Ukrayna münaqişəsi üçün zəmin yaratdı- ÖZƏL

ABŞ artıq 70 ildir ki, Rusiya ilə dolayı müharibə aparır. 

Olaylar.az xəbər verir ki, bu fikri "X" sosial şəbəkəsində irlandiyalı jurnalist Çey Bouz səsləndirib.

"Yayılmış yanlış təsəvvür ondan ibarətdir ki, ABŞ-ın Ukraynada Rusiyaya qarşı apardığı dolayı müharibə yalnız 2022-ci ildə başlayıb. Mənim dəfələrlə yazdığım kimi, əslində bu müharibə 70 il əvvəl başlayıb, o vaxt Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) radikalları, nasistlərlə əməkdaşlıq edənləri Rusiyaya qarşı maliyyələşdirib və yönləndirib," - deyə jurnalist yazır.

O, daha əvvəl qeyd etmişdi ki, Ukrayna ərazisində xüsusi hərbi əməliyyatın keçirilməsi zamanı Rusiya faktiki olaraq NATO-nu demilitarizasiya edib. Bəzi ölkələr Ukraynaya yardım göndərərək silah ehtiyatlarını demək olar ki, tükədib. Jurnalistin fikrincə, Rusiya Qərbi silahsız qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31