Almaniya Rusiyaya qarşı sanksiyaları ləğv etmək istəyir- ÖZƏL
30 Sentyabr 2024 10:46 DünyaAlmaniya üçün Alternativ (AfD) partiyası ölkə hökumətinə daxil olarsa, anti-Rusiya sanksiyalarını ləğv edəcək.
Olaylar.az xəbər verir ki, bu bəyanatla Bundestaqın deputatı Şteffen Kotre çıxış edib.
RİA Novosti ilə söhbətində o, 2025-ci ildə federal seçkilərin nəticələrinə görə AfD-nin Xristian Demokrat İttifaqı ilə koalisiyada hökumətə daxil ola biləcəyini istisna etməyib.
"Biz Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyik. Rusiyaya qarşı aqressiv hərəkətləri dayandırar, münasibətlərin normallaşmasını dəstəkləyəcəyik," - deyə parlament üzvü bildirib.
Kotre vurğulayıb ki, bu cür hərəkətlər Rusiya və prezident Vladimir Putinlə hansısa "dostluq"a görə deyil, Almaniyanın maraqları naminə həyata keçiriləcək.
Daha əvvəl senator Aleksey Puşkov bildirmişdi ki, Rusiya əleyhinə sanksiyaların tətbiqindən ən çox zərər çəkən ölkə Almaniyadır. Eyni zamanda, onun sözlərinə görə, Almaniya Kiyevə yardım göstərməkdən heç bir bonus almayıb.