HƏMAS liderlərindən biri Livanda öldürüldü

Fələstinin HƏMAS hərəkatının Livandakı qərargah rəhbəri Fəth Şərif Abu əl-Amin İsrail ordusunun ölkənin cənubuna endirdiyi zərbələr nəticəsində həlak olub. 

Olaylar xəbər verir ki, bu barədə məlumatı hərəkat öz teleqram kanalında açıqlayıb. 

İddialara görə, zərbə səhər saatlarında Abu əl-Aminin evinə endirilib. Hadisə zamanı onunla birlikdə evdə olan həyat yoldaşı, oğlu və qızının da həlak olduğu qeyd olunub.  (Qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31