"Hizbullah"ın lideri öldürüldü

"Hizbullah" təşkilatının lideri və onun qurucularından biri olan Həsən Nəsrullah öldürülüb.

Olaylar bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu (İDF) və İsrail Təhlükəsizlik Orqanları məlumat yayıb.

"İsrail hava qüvvələrinin (İAF) döyüş təyyarələri Beyrutun Dahiya bölgəsində yaşayış binasının altında yerləşən "Hizbullah" təşkilatının Mərkəzi Qərargahına hədəfli zərbə endirib. Zərbə nəticəsində "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah və təşkilatın digər komandirləri həlak olublar", - İsrail Müdafiə Ordusu (İDF) açıqlayıb.

Qeyd olunub ki, Həsən Nəsrullahın başçılıq etdiyi "Hizbullah" təşkilatı İsrail dövlətinə qarşı müharibəyə qoşulub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31