Ermənistan və Fələstin diplomatik əlaqələr qurur
28 Sentyabr 2024 12:43 DünyaErmənistanla Fələstin arasında diplomatik münasibətlərin qurulmasına dair sənəd imzalanıb.
Olaylar xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, müvafiq kommünike Nyu-Yorkda keçirilən görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Fələstinin Baş naziri Məhəmməd Mustafa tərəfindən imzalanıb.
Ermənistan iyun ayında Fələstin dövlətini tanıdığını elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31