Rusiyanın Türkiyədəki səfiri Erxov: Qərb manyakcasına Rusiyaya məxsus hər şeyi ləğv etmək istəyir- ÖZƏL

Qərb ölkələri rus mədəniyyətinin və adət-ənənələrinin ləğvi istiqamətində bir kurs tutdular. 

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın Türkiyədəki səfiri Aleksey Erxov Rusiya Həmvətənləri Təşkilatlarının Koordinasiya Şurasının Ölkə Hesabat və Seçki Konfransında çıxışı zamanı deyib.

"Qərb bütün ruslara məxsus olan hər şeyi - ilk növbədə, bizim böyük mədəniyyətimizi və adət-ənənələrimizi ləğv etmək üçün manyak bir fikrə qapılmışdı. Dostluq, əməkdaşlıq və diplomatiya nifrət, şantaj və açıq təhdid dili ilə əvəz olunur". - dedi.

Erxov ağır beynəlxalq vəziyyəti və Qərbdə hökm sürən rusofobiyanı qeyd edib. Onun fikrincə, bunun nəticəsində Rusiya Federasiyasına qarşı açıq təcavüz yaranıb. Səfir vurğulayıb ki, bütün bunlara baxmayaraq, Rusiyanı sındırmaq olmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31