Qruşko: Rusiya ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək- ÖZƏL

Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək planlarını təsdiqləyib. 

Olaylar.az xəbər verir ki, bu məlumatı TASS-a müsahibəsində Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko səsləndirib.

"Biz ATƏT-in Nazirlər Şurasında iştirak etməyə hazırlaşırıq. Və biz ondan çıxış edirik ki, Malta sədrliyi söz verildiyi kimi, bütün nümayəndə heyətlərinin işi üçün bərabər, ayrı-seçkiliyə yol verilməyən şərait yaratmaq da daxil olmaqla, bütün öhdəliklərini yerinə yetirəcək", - Qruşko bildirib.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov fəlakətin baş verə biləcəyini bildirmişdi. O, bu xəbərdarlığı Təhlükəsizlik Şurasının işinə mane olan ABŞ-a ünvanlayıb. O, ABŞ-a Yaxın Şərqdə müharibənin dayandırılmasını tələb etmək üçün sülhün və beynəlxalq ictimaiyyətin yanında olmağı tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31