Lavrov: Yaxın Şərq yenidən müharibə astanasındadır- ÖZƏL

Yaxın Şərqdə böyük müharibə gedir. 

Olaylar.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq regionunda vəziyyətə dair iclasında deyib.

"Yaxın Şərq yenidən böyük bir müharibənin astanasındadır, görünür, bəzi insanlar bunu həqiqətən istəyirlər", - Rusiyalı nazir deyib.

O qeyd edib ki, İDF Qəzzada atəşkəs tələb edən qətnamələrin qəbuluna baxmayaraq əməliyyatı davam etdirir. Lavrov xatırladıb ki, BMT Baş Assambleyası və Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Fələstin torpaqlarını işğal etməsini qanunsuz adlandırıb və bu hərəkətlərə son qoyulmasını tələb edib.

"Həll edilməmiş Fələstin-İsrail münaqişəsi bütün regionda sabitliyi pozan təsirə malikdir", - Rusiya XİN rəhbəri əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31