"Hizbullah"ın qərargahına zərbə. Həsən Nəsrullah öldürüldü? - yüzlərlə ölü və yaralı var - YENİLƏNİB

İsrailin qiymətləndirməsinə görə, terror qruplaşması Hizbullahın rəhbəri Həsən Nəsrullah Beyrutdakı yeraltı qərargahına endirilən hava zərbəsi nəticəsində öldürülüb.

Bu barədə "Tayms of İsrail" yazıb.

Kan TV-də Nəsrullahın öldürüldüyünü elan edib.

Qeyd edək ki, Həsən Nəsrullahın və ailə üzvlərinin öldüyü haqda məlumat yayılsa da, hələlik rəsmi təsdiq olunmayıb.

* * *

İsrail ordusu "Hizbullah"ın Livanın cənubundakı raket bölməsinin komandanının, eləcə də bir sıra komandirlərinin öldürüldüyünü açıqlayıb.

* * *

The Telegraph-ın İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, Baş nazir Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı manevrin bir hissəsi olub.  Bu addım Hizbullah lideri Həsən Nəsrullahı Netanyahu ABŞ-da olarkən İsrailin ciddi hərbi əməliyyatlar planlaşdırmadığına inandırmaq məqsədi daşıyırdı.
 Bundan əlavə, son saatlarda İslam İnqilabı Keşikçiləri Korpusunun Əməliyyat Komandanlığı komandirinin müavini, iranlı briqada generalı Abbas Nilforuşanın Hizbullahın baş qərargahına endirilən zərbə zamanı öldürüldüyü barədə məlumatlar yayılıb.

(milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31