Kartapolov: Rusiyaya dərin zərbələr nüvə silahından istifadə üçün səbəb olacaq- ÖZƏL

Kiyev uzaqmənzilli Qərb silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün icazə alarsa, Rusiyanın nüvə silahından istifadə edəcəyini istisna etmək olmaz. 

Olaylar.az xəbər verir ki, bu sözləri Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov RİA Novosti-yə müsahibəsində deyib.

"Bu (nüvə silahının tətbiqi - red. qeydi) bir əsas ola bilər, lakin qərarı ali baş komandan qəbul edəcək", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31