Zaxarova: Rusiya Federasiyası Şimal axını ilə bağlı ölkələrə qarşı məhkəməyə qədər iddia qaldırıb- ÖZƏL

Rusiya "Şimal axını" terror işində bir neçə ölkəyə qarşı məhkəməyə qədər iddia qaldırıb. 

Olaylar.az xəbər verir ki, bunh Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya "Şimal axını"nda terror aktlarının təhqiqatı ilə bağlı bir sıra terrorizm konvensiyaları əsasında Almaniya, Danimarka, İsveç və İsveçrəyə qarşı rəsmi olaraq məhkəməyə qədər iddialar irəli sürüb", - Zaxarova bildirib.

O əlavə edib ki, onların sarsıdılmasında iştirak edə biləcək dövlətlərə əlavə iddialar göndəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31