Ərdoğan niyə Baydenlə şam yeməyinə qatılmadı?

Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenin şam yeməyinə qatılmadan Türkiyəyə qayıdıb.

Olaylar.az xəbər verir ki, Türkiyə mətbuatı bunun ABŞ-ın İsrailə dəstəyi ilə bağlı ola biləcəyini yazıb, amma Ankaradan hələlik iştirak etməmə səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.

"Ərdoğan BMT-dəki çıxışlarında Bayden administrasiyasının İsrailə verdiyi dəstəyi vurğuladı və bəlkə də şam yeməyində iştirak etməmək buna cavabdır", - deyə mənbə yazır.

Xatırladaq ki, Türkiyə prezidenti Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-a səfər etmişdi. (publika.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31