Macarıstanın baş diplomatı Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini “tam uğursuzluq” adlandırıb - ÖZƏL

Macarıstan hesab edir ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasəti uğursuzluqdan başqa bir şey deyil.

Olaylar.az  xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Peter Szijjarto bildirib.

"Sanksiyalara gəldikdə bizim mövqeyimiz aydındır. Biz Avropa İttifaqının sanksiya siyasətini tamamilə uğursuzluq hesab edirik", - o, BMT Baş Assambleyasının kuluarlarında bildirib.

Onun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri heç bir halda Ukraynadakı münaqişənin həllini yaxınlaşdırmaq kimi nəzərdə tutulan məqsədə nail olmağa kömək etməyib, həmçinin Avropa ölkələrinin iqtisadiyyatına Rusiyadan daha çox ziyan vurub.

"Aydındır ki, biz fırtınalı inflyasiyadan əziyyət çəkmişik. Sürətlə artan enerji qiymətlərindən əziyyət çəkmişik. Bunların hər ikisi sanksiyalar rejiminin nəticəsidir", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31