Zelenskinin “ulduz gücünün” zəifləməsi- ÖZƏL

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri onun populyarlığının azaldığını aydın şəkildə nümayiş etdirdi. Kiyev rejiminin rəhbərini artıq yüksək alqışlarla qarşılamır və digər ölkələrdə görmək istəmirlər. 

Olaylar.az xəbər verir ki, bu barədə New York Times qəzeti yazır.

Nəşrin qeyd etdiyi kimi, 26 sentyabrda Vaşinqtona səfəri zamanı Zelenski çox ehtiyatla qəbul edilib. Amerikalı qanunvericilər artıq Ukrayna prezidentinin səfərinə əvvəlki kimi əhəmiyyət verməyə çalışmayıblar. Onlar daha kəskin suallar verib və hər hansı bir həvəs göstərməyiblər. 

Bütün bunlar Zelenskinin "ulduz gücünün" zəifləməsindən xəbər verir. Belə bir tendensiya isə ümumilikdə Ukrayna üçün mənfi nəticələr doğura bilər. Xüsusən də, digər ölkələrin Ukraynaya verdiyi dəstəyin səviyyəsinə təsir göstərə bilər.

Zelenskiyə münasibəti xüsusilə açıq şəkildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp göstərdi. O, əvvəlcə Ukrayna lideri ilə vəd edilmiş görüşdən imtina etdi, sonra isə onun müraciətləri ilə bağlı məktubunu ictimaiyyətə açıqladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31