Stoltenberq Putinin nüvə doktrinasından sonra NATO üçün narahatdır- ÖZƏL

Olaylar.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidi ilə bağlı yeni təkliflərindən sonra NATO ölkələri və Ukrayna üçün ciddi narahatlıq ifadə edib. Stoltenberq bu açıqlamanı Vaşinqtonda Atlantic Council-dəki çıxışı zamanı verib.

Stoltenberq qeyd edib ki, Putinin təklifi NATO-nun Ukraynaya dəstəyindən çəkindirmək məqsədi daşıyır: "Bu, Ukraynanı və bizi qorxutmaq, dəstəyimizi dayandırmaq üçün bir cəhddir", - deyə o vurğulayıb.

Xatırladaq ki, Vladimir Putin sentyabrın 25-də Rusiya Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının nüvə silahından istifadə siyasətinin yenilənməsi məsələsini müzakirə etməyi təklif edib. Rusiya Prezidenti bildirib ki, ölkə öz suverenliyinə qarşı təhdid yaranarsa, o cümlədən adi silahlar vasitəsilə təcavüz həyata keçirilərsə, nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. O həmçinin qeyd edib ki, Belarusiyaya qarşı hərbi təcavüz olarsa, Rusiya yenidən nüvə silahı tətbiq etmək hüququna malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31