Rusiya ilə münasibətlərdə problemlər var... - Qriqoryan
27 Sentyabr 2024 10:59 DünyaErmənistanla Rusiya arasında münasibətlərdə problemlər var, lakin onların həlli üçün səy göstərilməlidir.
Olaylar xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.
"Hesab edirəm ki, biz tarazlığı saxlamalı və bütün maneələri aradan qaldırmağa çalışmalıyıq. İzahları tam verilməyən çoxlu problem yaranır. Düşünürəm ki, biz problemləri anlamağa və düzgün qərarlar verməyə çalışmalıyıq", - Qriqoryan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31