Zelenski rusiyalı jurnalistin suallarına cavab vermədi
26 Sentyabr 2024 10:29 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistin suallarını cavablandırmaqdan imtina edib.
Olaylar xəbər verir ki, məsələ ilə bağlı görüntüləri jurnalist və "Rossiya" telekanalının Nyu Yorkdakı bürosunun rəhbəri Valentin Boqdanov teleqram kanalında yayımlayıb.
"Rusiya ilə niyə danışıqlar aparmaq istəmirsiniz? Əlaqə saxlamaq və ya zəng etməkdə problem nədir?", - deyə jurnalist soruşub. Lakin Zelenskinin mühafizəçiləri onu uzaqlaşdırıb.
Xatırladaq ki, Zelenski sentyabrın 24-də BMT Təhlükəsizlik Şurasında çıxış edib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31