Kobaxidzenin Baydenin qəbulunda iştirakına icazə verilməyib

ABŞ Prezident Administrasiyası Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ABŞ lideri Co Baydenin Nyu-Yorkda təşkil edəcəyi qəbula dəvətini ləğv edib. 

Olaylar xəbər verir ki, burada söhbət Nyu-Yorkda dünya liderləri və BMT məmurları üçün təşkil edilən ənənəvi qəbuldan gedir. 

Məlumata görə, bununla yanaşı, Bayden administrasiyası Gürcüstan nümayəndə heyəti və Kobaxidze ilə bütün görüşlərdən də imtina edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" Qanunun qəbul edilməsi ilə əlaqədar olaraq rəsmi Tbilisiyə yardım proqramını dayandırıb. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31