Peskov: Rusiyanı sülhə məcbur etmək olmaz- ÖZƏL

"Moskvanı sülhə məcbur etmək olmaz, çünki o, özü münaqişənin həllinin tərəfdarıdır, lakin onun tələblərini və maraqlarını nəzərə alır".

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

"Rusiyanı sülhə məcbur etmək cəhdinə əsaslanan mövqe tamamilə ölümcül səhvdir. Rusiyanı sülhə məcbur etmək mümkün deyil. Rusiya sülh tərəfdarıdır", - Peskov bildirib.

Kreml qeyd edib ki, sülh Rusiyanın təhlükəsizliyinin əsaslarının təmin edilməsi şərtlərinə, həmçinin xüsusi əməliyyata verilən bütün tapşırıqların yerinə yetirilməsinə əsaslanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31