Soçinin keçmiş meri həbs olundu- ÖZƏL
25 Sentyabr 2024 12:43 DünyaOlaylar.az xəbər verir ki, hüquq-mühafizə orqanları Soçinin keçmiş meri Aleksey Kopayqorodskini həbs edib. O, qısa müddət əvvəl Xüsusi Hərbi Əməliyyat (SVO) zonasına könüllü olaraq yollanmışdı.
Kopayqorodski keçən gecə Luqanskda saxlanılıb və Moskvaya aparılıb. Ona qarşı cinayət işi açılıb, lakin işin konkret hansı maddə ilə bağlı olduğu açıqlanmır.
Keçmiş merin evində və digər iş iştirakçılarında axtarışlar aparılıb. İstintaq Komitəsi əməkdaşları Kopayqorodskinin həyat yoldaşı Anastasiya Gredinanı da dindirməyi planlaşdırır. İlkin məlumata görə, keçmiş məmurun həyat yoldaşı və onun valideynləri 724 milyon rubl dəyərində daşınmaz əmlaka sahibdirlər.
Bir müddət əvvəl hüquq-mühafizə orqanlarının keçmiş Soçi meri ilə bağlı istintaq tədbirləri apardığı bildirilmişdi. Bu ilin may ayında Aleksey Kopayqorodski yeni iş yerinə keçidlə əlaqədar olaraq vəzifəsindən istefa vermişdi.