Türkiyəli analitik üç ölkənin adını çəkdi- ÖZƏL

Türkiyəli siyasi analitik Engin Özer Ukraynada hərbi əməliyyatların davam etməsini istəyən üç dövlətin adını çəkib. Bununla yanaşı, qeyd edib ki, sadalanan ölkələr münaqişənin uzadılmasından fərqli strateji üstünlüklər əldə edirlər. Ekspertin fikrincə, bu ölkələr Böyük Britaniya, Fransa və İsraildir.

Olaylar.az  bildirir ki, Özerin qeyd etdiyi kimi, Böyük Britaniya Rusiyanın tarixi düşməni olaraq sanksiyalar və məhdudiyyətlər vasitəsilə ölkəni qlobal arenadan təcridetmə siyasətini davam etdirir. Birləşmiş Krallıq Rusiyanın Ukraynada, Cənubi Qafqazda və Mərkəzi Asiyada təsirini zəiflətmək istəyir.

"Bu səbəbdən britaniyalılar münaqişənin davam etməsini istəyirlər ki, Rusiyanı zəiflətsinlər və təcrid etsinlər," - deyə analitik bildirib.

Həmçinin, Rusiyanın təsir dairələrinin zəiflədilməsi Fransa üçün də vacibdir, çünki ölkə bir sıra Afrika ölkələrində anti-Fransız hərbi qüvvələrin hakimiyyətə gəlməsi ilə öz tarixi təsirini itirmişdir. Özerin fikrincə, İsrail isə Rusiyanın Yaxın Şərqdə siyasi və hərbi təsirinin artması fonunda öz təhlükəsizliyini təmin etməklə bağlı praqmatik məqsədlər güdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31