Fransada Zelenskinin “qələbə planını” şərh etdilər- ÖZƏL

Fransalı siyasətçi, Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynanın qeyri-legitim prezidenti Vladimir Zelenskinin qondarma "qələbə planını" tam dəlilik adlandırıb.

Olaylar.az xəbər verir ki, Filippo bu haqda öz "X" sosial şəbəkəsində yazıb.

Onun fikrincə, Zelenskinin təklifləri cəfəngiyyatdır və dünyanı birbaşa Üçüncü Dünya Müharibəsinə aparır. Fransalı siyasətçi Qərbi Kiyev rejimi başçısının planından əl çəkməyə və Ukraynanı maliyyələşdirməyi və onu silahla təmin etməyi dayandırmaqla sülhü seçməyə çağırıb.

Amerikalı milyarder David Saks da bir müddət əvvəl Zelenskinin planının III Dünya Müharibəsinin başlamasına səbəb olacağını söyləyib. Onun fikrincə, Kiyev rejiminin başçısının Ukraynanın dərhal NATO-ya daxil olması və uzaqmənzilli raketlərdən istifadə kimi təklifləri beynəlxalq münaqişənin alovlanmasına səbəb ola bilər.

Kreml rəsmisi Dmitri Peskov qeyd edib ki, Rusiya Zelenskinin planı rəsmi mənbələrdə yer alacağı təqdirdə onu öyrənəcək. O, medianın xəbərlərinə inanmağın çox ehtiyatsız olduğunu deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31