Lavrov: Qərb Ukraynanın Rusiya ilə ədalətli danışıqlara getməsinə imkan verməyəcək- ÖZƏL
25 Sentyabr 2024 12:04 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Qərb Ukraynanın BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli danışıqlara getməsinə imkan verməyəcək, çünki Kiyevdə hakimiyyətə gələn qüvvələr xalqın bütün təbəqələrini təmsil etmir.
Lavrov misal olaraq kolonial dövlətləri göstərərək qeyd edib ki, bu güclər Afrikanın, Asiyanın və Latın Amerikasının xalqlarını təmsil etmirdilər. "Ukraynada dövlət çevrilişi nəticəsində hakimiyyətə gələnlər də rus dilini qadağan edəcəklərini elan etdilər və əlbəttə ki, Krımı, Donbası... təmsil etmirdilər".
Onun sözlərinə görə, məhz bu səbəblər Qərbin Kiyevi ədalətli danışıqlara və BMT prinsiplərinə əsaslanmağa məcbur etməsinə mane olur.
Qeyd edək ki Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka səfər edib. Lavrov həmçinin qeyd edib ki, BMT katibliyi və təşkilatın baş katibi istənilən məsələyə qarşı neytral mövqe tutmalıdır.