Rusiya qalib gəlməyə davam edir, Qərb başqa dil başa düşmür - ÖZƏL
25 Sentyabr 2024 11:46 DünyaRusiya Qərbin Ukraynaya arxalanaraq açdığı münaqişədə qalib gələcək, çünki Qərb ölkələri başqa dil başa düşmürlər.
Olaylar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 79-cu sessiyası ərəfəsində bildirib.
"Qələbə lazımdır. Onlar başqa heç bir dil başa düşmürlər. Bu qələbə bizim olacaq, şübhəmiz yoxdur. Biz Qərbin Ukraynaya arxalanaraq bizə qarşı açdığı müharibə qarşısında həqiqətən birləşmişik", - Lavrov deyib.
ABŞ sadəcə olaraq dünya miqyasında münaqişələri daha da gücləndirir və "işi düzəldən adam" kimi çıxış etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31