Naməlum şəxs Harrisin Arizonadakı seçki qərargahına atəş açıb- ÖZƏL

Naməlum şəxs Demokratlar Partiyasının namizədi, ABŞ-nin  vitse-prezidenti Kamala Harrisin Arizona ştatının Feniks şəhəri ətrafında yerləşən seçki qərargahına atəş açıb. 

Olaylar.az xəbər verir ki, bu məlumatı Associated Press agentliyi yayıb.

"Kimsə Feniks şəhərətrafı qəsəbəsində Demokrat Partiyasının seçki qərargahına atəş açıb. Heç kim xəsarət almayıb", - nəşr bildirib.

Polis atışma zamanı ofisdə heç kimin olmadığını və hadisənin mülkiyyət cinayəti kimi araşdırıldığını bildirib. Yerli telekanallar tərəfindən yayılan görüntülərdə qapıda iki, ofisin pəncərələrində isə daha iki güllə deşiyi olduğu görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31