Hizbullah MOSSAD-ın qərargahına ballistik raket atdı
25 Sentyabr 2024 11:02 DünyaHizbullah MOSSAD-ın Təl-Əvivdəki mənzil qərargahına raket zərbəsi endirib.
Olaylar bildirir ki, bu barədə Hizbullahın yaydığı bəyanatda qeyd olunub.
"Müqavimət döyüşçüləri 17-18 sentyabrda Livanda peycerlərin və ratsiyaların partlayışlarına cavabdeh olan MOSSAD kəşfiyyat agentliyinin qərargahını vurmaq üçün "Qədr-1" ballistik raketindən istifadə ediblər", - məlumatda qeyd olunub. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31