Politico: Ağ Ev Kiyevə 5,9 milyard dollar yeni hərbi yardım göndərəcək- ÖZƏL
25 Sentyabr 2024 10:50 DünyaAğ Ev administrasiyası Ukraynaya ümumi dəyəri 5,9 milyard dollar olan yeni hərbi yardım paketi göndərəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri məlumat yayıb.
"Bayden administrasiyası Ukraynaya 5,9 milyard dollarlıq ABŞ silah və texnikası göndərmək səlahiyyətini genişləndirmək planı üzərində işləyir", - deyə hesabatda bildirilir.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinə əlavə yardımın göndərilməsi Kiyev rejiminin başçısı Vladimir Zelenskinin ABŞ-a səfəri zamanı baş tutacaq. Paketə Amerika istehsalı olan silahlar və zirehli maşınlar daxil olacaq. Həmçinin cari maliyyə ilinin sonuna qədər hərbi yardımın köçürülməsinin ABŞ-a göndərilməsi planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31