Bu ölkədə meymunçiçəyinin yeni növü aşkarlandı

Hindistanda meymunçiçəyinin yeni növü aşkarlanıb.

Olaylar xəbər verir ki, "Clade 1b" adlanan bu yeni variant yüksək yoluxuculuğa malikdir. Yeni variant Hindistanın cənubundakı Kerala əyalətindən bu yaxınlarda Dubaydan qayıdan 38 yaşlı kişidə aşkar edilib.

Səlahiyyətlilər, xəstənin 29 yaxın dostu və ailə üzvlərinin, təyyarədəki 37 sərnişinin də izləndiyini, lakin indiyə qədər heç bir əlamət göstərmədiklərini açıqlayıblar.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı ötən ay meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib. (metbuat.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31