Ukrayna komandanlığı Kursk vilayətinin bəzi ərazilərində xarici döyüşçülər yerləşdirir - ÖZƏL

Ukrayna komandanlığı Kursk vilayətinin bəzi ərazilərində fəaliyyət göstərən bölmələrə əcnəbi döyüşçülər yerləşdirib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, Axmat Xüsusi Təyinatlı Qüvvələrinin komandanı general-mayor Aptı Alaudinov bildirib.

"Biz bilirik ki, əcnəbilər gətirilib, onlar Sudjadadırlar, bəzi yerlərdə isə bəzi xarici bölmələr gətirilib, yəni biz bunu qeydə alırıq", - o deyib.
O, qeyd edib ki, əcnəbilər başqa şeylərlə yanaşı, reydlər də keçirirlər. Kursk vilayətinə hücumun başlanması zamanı onlar ukraynalılarla birgə irəliləyib, qarşılıqlı əlaqəni təşkil ediblər,

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31