Rusiyadan ilk: Çin texnikası cəbhəyə göndərildi

Rusiya ordusu Ukraynada ilk dəfə Çinin zirehli texnikasından istifadə edib.

Olaylar xəbər verir ki, bu barədə "Bild" nəşrinin analitiki Yulian Röpke məlumat yayıb.

"Rusiya ordusu Ukraynada ilk dəfə Çinin ZFB-05 tipli zirehli maşınlarından istifadə edib. Çin maşının tədarükünü rədd edir, amma Rusiyanın bunları alması üçün bir çox afrikalı vasitəçii var", - Röpke bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31