MAQATE Kursk AES-ə təhlükə mənbələri barədə açıq danışmalıdır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsinin müavini Roman Ustinov TASS-a bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Kursk Atom Elektrik Stansiyasına (AES) təhlükə mənbələri barədə açıq danışarsa, onun təhlükəsizliyini təmin etməyə kömək edəcək.
"Kursk AES-in nüvə və fiziki təhlükəsizliyini təmin etmək üçün MAQATE-nin edə biləcəyi ən vacib şey stansiya üçün əsas təhdidlərin haradan gəldiyini vicdanla və açıq şəkildə izah etmək və hər hansı təxribatçı hərəkətlərə son qoymağa çağırmaqdır", - səfir bildirib.
O qeyd edib ki, Rusiya agentliyin rəhbərliyi və baş direktoru Rafael Qrossi ilə birlikdə Zaporojye və Kursk atom elektrik stansiyaları məsələsi üzərində işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31