Türkiyə İsrailin Livana hücumlarını regionu xaosa sürükləmək cəhdi adlandırdı- ÖZƏL

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Livana qarşı son hücumlarını "regionu xaosa sürükləmək cəhdi" adlandırıb. 

Olaylar.az xəbər verir ki, 23 sentyabr, bazar ertəsi axşamı yayımlanan bəyanatda qeyd olunur ki, "İsraili şərtsiz dəstəkləyən" ölkələr, İsrailin Baş naziri Benyamin Netanyahunun "siyasi maraqları naminə qan tökməsinə" yardım edirlər.

Türkiyə əvvəldən İsrailin Qəzza zolağında apardığı hərbi kampaniyanı pisləyib, İsraillə bütün ticarət əlaqələrini dayandırıb və İsrailə qarşı soyqırım ittihamı ilə Beynəlxalq Məhkəməyə müraciət edib.

Xatırladaq ki, pager partlayışı nəticəsində azı 16 nəfər həlak olub, təxminən 4000 nəfər yaralanıb, bir neçə yüz nəfər isə görmə qabiliyyətini itirib. CNN-in məlumatına görə, partlayışın arxasında İsrail hərbçiləri və "Mossad" kəşfiyyat xidməti dayana bilər. Livanın informasiya naziri Ziyad Makari partlayışları İsrail tərəfindən təcavüz aktı kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31