Marqarita Simonyan: ABŞ öz problemlərinə baxmağa və onları həll etməyə hazır deyil- ÖZƏL

"ABŞ hakimiyyəti öz problemlərinə diqqət yetirmək və onları həll etmək niyyətində deyil, çünki ölkədə totalitar rejim mövcuddur və söz azadlığı yoxdur".

Olaylar.az xəbər verir ki, bunu "Rusiya Bu Gün" media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan "Komsomolskaya Pravda"ya verdiyi müsahibədə bildirib. 

O, sovet dövründə Praqa yaxınlığında qərb radio verilişlərini "boğan" bir mərkəzin fəaliyyət göstərdiyini xatırladıb və bunun nəticəsində vəziyyətin necə bitdiyini vurğulayıb. Simonyan ümid etdiyini bildirib ki, ABŞ-ın hazırkı "boğma" siyasəti də oxşar bir nəticə ilə başa çatacaq.

ABŞ-da totalitar rejimin qurulması və bunun nəticəsində ölkənin vətəndaş müharibəsinə doğru getməsi ilə bağlı suala müsbət cavab verən Simonyan, kommunizm və kapitalizm haqqında söylənilənləri misal gətirərək deyib ki, kommunizm haqqında deyilənlər yalan olsa da, kapitalizm haqqında söylənilənlər gerçək olub.

Simonyan yekun olaraq əlavə edib ki, ABŞ-da totalitar rejimin mövcud olduğu, söz azadlığının olmadığı və ölkənin öz problemləri ilə üzləşməyə və onları həll etməyə hazır olmadığı haqda deyilənlər həqiqətdir, buna artıq etiraz etmək mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31