Simonyan: Avropa ölkələri əhalisi tərəfindən dəstəklənməyən insanlar tərəfindən idarə olunur- ÖZƏL

Avropadakı ölkələrin rəhbərliyində həmin dövlətlərin əhalisi tərəfindən dəstəklənməyən şəxslər dayanır. 

Olaylar.az xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda"ya RT kanalının baş redaktoru Marqarita Simonyan bildirib.

Jurnalistin vurğuladığına görə, Avropanın əksər ölkələrində yüksək vəzifələr tutan şəxslər, sülhsevər əhalinin böyük hissəsi tərəfindən dəstəklənmir. Simonyan, qərb liderlərinə adi insanların verdiyi dəstəyi əks etdirən rəqəmlərə diqqət çəkərək, bu dəstəyin hər zaman 50%-dən aşağı olduğunu qeyd edib. RT-nin baş redaktorunun sözlərinə görə, bu, dövlət başçılarının dəstəklənmədiyini və bununla da demokratiyanın olmadığını göstərir.

"Ölkələri, bu ölkələrin əksəriyyəti tərəfindən dəstəklənməyən baxışlara və qərarlara sadiq qalan insanlar idarə edir", - deyə Simonyan yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31