Gürcüstanda əhalinin siyahıyaalınmasına BAŞLANILIR

Gürcüstanda əhalinin ümumi siyahıyaalınmasına başlanıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin rəhbəri Qoqida Todradze məlumat verib.

"Bütün ölkə üzrə siyahıyaalma noyabrın 14-dən dekabrın 19-dək nəzərdə tutulub, lakin bəzi yüksək dağlıq və gediş-gəliş çətin olan yaşayış məntəqələrində hava şəraitinin mümkün pisləşməsi və kəskin meteoroloji şəraitlə əlaqədar siyahıyaalma sentyabrın 19-dan 8 oktyabradək aparılacaq",- Todradze bildirib.

Onun sözlərinə görə, siyahıyaalma bir sıra bələdiyyələrdə - Mestia, Lentexi, Kazbegi, eləcə də Axmeta bələdiyyəsinin Duşeti qəsəbələrində və Omalo kəndində aparılır. Onlarda ölkə əhalisinin təxminən 0,5%-i yaşayır. Şöbənin əməkdaşları rayon sakinləri ilə müsahibələr aparır, onların mənzillərinə və evlərinə baş çəkirlər. Məlumat elektron planşetlərdən istifadə etməklə toplanır. Todradzenin qeyd etdiyi kimi, siyahıyaalma ilk dəfədir ki, müasir texnologiyalardan istifadə edilməklə aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31