Rusiya və Laos hərbçiləri Rusiyanın Uzaq Şərqində ilk birgə təlim keçiriblər - ÖZƏL
23 Sentyabr 2024 15:58 DünyaRusiyanın Şərq Hərbi Dairəsinin və Laos Xalq Ordusunun hərbçiləri Uzaq Şərqin Primorye diyarındakı Sergeyevski poliqonunda birgə təlim keçirib.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Şərq Hərbi Dairəsinin və Laos Xalq Ordusunun hərbçilərinin iştirakı ilə ilk birgə təlim Primorye diyarındakı Sergeyevski poliqonunda Rusiya-Laos "Laros 2024" təlimləri çərçivəsində keçirilib", - nazirlik bildirib.
"Təlimdə taktiki qrupların hərəkət marşrutları və ərazi xüsusiyyətləri öyrənilib. Həmçinin bölmələr arasında əlaqə tətbiq edilib", - nazirlikdən bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31