Ərdoğan: ABŞ sanksiyaları Ankaranın Vaşinqtona inamını sarsıdır- ÖZƏL

Amerikanın Türkiyənin müdafiə sektoruna qarşı sanksiyaları Ankaranın NATO müttəfiqi kimi Vaşinqtona inamını sarsıdır. 

Olaylar.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Siyasətçinin sözlərini "Anadolu" yayıb.

Türkiyə lideri ABŞ-a səfəri zamanı Vaşinqtonun hərəkətləri barədə danışmaq qərarına gəlib. O, rəsmi çıxış edərək, sanksiyalar mövzusuna toxunub.

"NATO müttəfiqimiz olan ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi ilə bağlı tədbirlər və məhdudiyyətlər etimad hissinə mənfi təsir göstərir", - deyə Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31