Ruslar bu istiqamətdə irəlilədi
23 Sentyabr 2024 12:20 DünyaRus ordusu Donbasda hücum əməliyyatlarını davam etdirir və son 24 saat ərzində 7 yaşayış məntəqəsi istiqamətində irəliləməyə nail olub.
Olaylar xəbər verir ki, bu barədə "DeepState" analitikləri məlumat yayıb.
"Ruslar Nyu York, Tsukurino, Qornyak, Vodyanoy, Uqledar, Preçistovka və Toretsk yaxınlığında irəliləyiblər", - ekspertlər qeyd edib.
Ukrayna Baş Qərargahı bu istiqamətlərdə hücum olduğunu təsdiqləyib. Vurğulanıb ki, son 24 saat ərzində 162 hərbi toqquşma baş verib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31