Zelenski ABŞ-də silah istehsal edən zavodu ziyarət edib və daha çox mərmi istəyib- ÖZƏL
23 Sentyabr 2024 12:17 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Pensilvaniya ştatının Scranton şəhərindəki silah istehsal zavodunu ziyarət edib. Zelenski ABŞ hakimiyyətinə Ukrayna ordusuna silah təchizatı üçün təşəkkür edərək daha çox mərmi tələb edib.
Ziyarət etdiyi zavod, iri kalibrli metal mərmilər, o cümlədən 155 mm-lik minaatan mərmiləri istehsal edir. Daha əvvəl Zelenskinin Nyu-Yorka, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün gedəcəyi məlum olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31