Harris Üçüncü Dünya Müharibəsini dayandıra bilməyəcək - ÖZƏL
23 Sentyabr 2024 12:00 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, seçkiyə namizəd olan ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, dünya çox təhlükəli məkana çevrilib və onun rəqibi Kamala Harris növbəti dünya müharibəsinin qarşısını ala bilməyəcək.
"Dünya indi çox təhlükəli bir yerdir. Kamala ən sadə suallara belə cavab verə bilmir. Bu dəlilikdir! Bunu edə bilmirsə, Dünya Müharibəsinin dayandırılmasında bizi necə təmsil edə bilər? Cavab sadədir, edə bilməz!" - o, deyib.
Bundan əvvəl siyasətçi həmçinin xəbərdarlıq etmişdi ki, ABŞ Demokratik administrasiya ilə üçüncü dünya müharibəsinə doğru addımlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31