Diplomat Orconikidze: Ukraynanın "Finlandizasiyası" mümkündür- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirinin sabiq müavini Sergey Orconikidze bildirib ki, Ukrayna münaqişəsi yalnız ABŞ, Çin, Hindistan və digər aparıcı dövlətlərin iştirakı ilə sülh yolu ilə həll oluna bilər. O, "Koreya ssenarisinin" mümkün olmadığını vurğulayaraq, bunun donmuş münaqişəyə gətirib çıxaracağını qeyd edib.

Orconikidze, Rusiya üçün yalnız Ukraynanın neytral statusu və silahlı qüvvələrinin sayına məhdudiyyətlərin dəqiq müəyyən edildiyi sülh müqaviləsinin qəbul oluna biləcəyini bildirib. O, bunu Ukraynanın "finlandizasiyası" adlandırıb, Finlandiya ilə Sovet İttifaqı arasındakı münasibətləri xatırladaraq, neft və qazın iqtisadi rifaha töhfə verdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31