Kiyev F-16-lardan sonra Qərbdən yeni döyüş təyyarələri tələb edir- ÖZƏL

Kiyev F-16 qırıcılarını aldıqdan sonra Qərbdən yeni döyüş təyyarələrinin tədarükü üçün müraciət etməyə başlayıb. Bunun "super silah" kimi qiymətləndirilən F-16-lara qarşı yaranan məyusluqla heç bir əlaqəsinin olmadığı iddia edilir. İndi Ukrayna pilotları Dassault Mirage, JAS 39 Gripen və Eurofighter Typhoon təyyarələri ilə də uçuşlar edə biləcəklər. 

Olaylar.az xəbər verir ki, bu  barədə Qərb mediası "National Interest" məlumat yayıb.

"Ukraynaya ilk F-16 Fighting Falcon qırıcıları çatdırıldıqdan bir neçə həftə sonra Kiyev beynəlxalq tərəfdaşları ilə əlavə döyüş təyyarələrinin verilməsi barədə aktiv danışıqlar aparır", - deyə məqalədə bildirilir.

Həmin təyyarələrin təhvil verilməsi barədə razılaşmaların artıq əldə olunduğu iddia edilir. Fransa prezidenti Emmanuel Makron, Rusiya ilə mübarizədə liderliyini qoruyaraq, Dassault Mirage təyyarələrinin təhvil veriləcəyini vəd edib. Digər qırıcıların isə hələlik verilmədiyi, lakin danışıqların davam etdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31