Şimali Qafqazda 25 il ərzində 6000 terror qruplaşması üzvü zərərsizləşdirilib - ÖZƏL

25 il ərzində Birləşmiş Qüvvələr Qrupu tərəfindən Rusiyanın Şimali Qafqaz regionunda antiterror fəaliyyətinin həyata keçirilməsi üçün 67 mindən çox xüsusi əməliyyat keçirilib, ümumilikdə 6 minə yaxın terror qruplaşmasının iştirakçısı və ortağı zərərsizləşdirilib, general-leytenant saxlanılıb. 

Olaylar.az TASS-a istinadən xəbər verir ki, barədə qrupun komandiri Vladimir Makeyev bildirib.

"Şimali Qafqaz regionunda antiterror əməliyyatları üzrə Birləşmiş Qüvvələr Qrupu 67 mindən çox xüsusi və qabaqlayıcı tədbir keçirib, nəticədə terror qruplaşmasının 6 minə yaxın iştirakçısı və tərəfdaşı zərərsizləşdirilib və saxlanılıb. Bundan əlavə, 10 mindən çox silah, 45 min partlayıcı qurğular və 1,5 milyon atıcı silahın patronu ələ keçirilib", - deyə o bildirib.

Makeyevin sözlərinə görə, bu müddət ərzində cinayətkar qrupların 4000 infrastruktur obyekti və təxminən 2 ton partlayıcı maddə aşkar edilərək məhv edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31