Danimarka Baş naziri: Rusiya ilə münaqişədə qırmızı xətləri ləğv edək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Danimarkanın baş naziri Mette Frederiksen Qərbin Ukraynaya qarşı tətbiq etdiyi silah istifadəsi ilə bağlı məhdudiyyətlərdən imtina etməli olduğunu bildirib. O, Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün silah istifadəsində heç bir məhdudiyyət olmamalı olduğunu vurğulayıb.

"Əsas təklifim budur: gəlin qırmızı xətlər barədə müzakirələri dayandıraq. Bu münaqişə zamanı qırmızı xətlər barədə açıq müzakirələr aparmaq səhv idi," - deyə Frederiksen qeyd edib. O, Rusiyanın "əsas qırmızı xətti" Ukraynaya qarşı xüsusi əməliyyata başlayaraq keçdiyini vurğulayıb.

Danimarka baş naziri həmçinin hesab edir ki, Qərb silahlarının Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunmasına dair məhdudiyyətlərin aradan qaldırılması münaqişənin eskalasiyasına gətirib çıxarmayacaq.

Bundan əvvəl Avropa Parlamenti Aİ ölkələrini Ukrayna ordusunun Rusiya ərazisinə zərbələr endirməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul etmişdi. 12 sentyabr tarixində Rusiya Prezidenti Vladimir Putin isə Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli raketlərlə zərbə endirmək icazəsi verməsinin həmin ölkələrin münaqişəyə birbaşa müdaxiləsi kimi qiymətləndiriləcəyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31