"Plan hazırlayıb ruslara göndərəcəyik” - Volodimir Zelenski
23 Sentyabr 2024 11:33 DünyaKiyev Rusiya ilə danışıqlar planı hazırlayır.
Olaylar.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Biz plan hazırlayıb ruslara göndərəcəyik" - "The New Yorker" jurnalı Ukrayna liderindən sitat gətirib.
Məlumata görə, Zelenski həmçinin bildirib ki, Kiyev dialoqa hazır olduğunu nümayiş etdirməli və "konstruktiv" olmalıdır.
Qeyd edək ki, Zelenski sentyabrın 22-də ABŞ-yə səfər edib. O, prezident Co Baydenlə Rusiyaya Qərb silahları ilə zərbələr endirməyə icazə verən qələbə planını müzakirə etmək üçün gedib. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin bu icazənin NATO-nu münaqişəyə cəlb edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31