Frederiksen: Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliyinə zərbələr endirməyə icazə verilməlidir- ÖZƏL

Danimarka Baş Naziri Mette Frederiksen Rusiyayla münaqişədə "qırmızı xətlərdən" imtina etməyə çağırıb. 

Olaylar.az xəbər verir ki, o, xüsusilə, Qərb tərəfindən Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliyinə uzaqmənzilli silahlarla hücum etmək hüququnun verilməsini təklif edib.

Frederiksen Qərbdə hazırda Ukraynaya tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı fəal müzakirələrin aparıldığını vurğulayıb. Bu müzakirələrdə Qərb silahlarının Rusiyanın dərinliyinə hücumlar üçün istifadəsinə icazə verilib-verilməyəcəyi də gündəmdədir. Lakin siyasətçi belə müzakirələrin dayandırılmasının vacib olduğunu düşünür.

"Əvvəlki gecikmələri dayandırmaq yaxşı olardı. Mən hesab edirəm ki, silahların tətbiqinə dair məhdudiyyətlər aradan qaldırılmalıdır", - deyə Frederiksen bildirib.

Baş nazir əlavə edib ki, Şimali Atlantika Alyansı tərəfindən "qırmızı xətlərin" ictimai müzakirəsini səhv hesab edir. Onun sözlərinə görə, münaqişənin başlanğıcında "əsas xətt" artıq keçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31