Avropa İttifaqı Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər

Avropa İttifaqı (Aİ) Gürcüstanla vizasız rejimin dayandırılmasını nəzərdən keçirə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib.

"Ümid edirik ki, Gürcüstandakı seçki kampaniyası dinc keçəcək, heç bir zorakılıq olmayacaq. Seçkilər azad və ədalətli olacaq. Əgər vəziyyət pisləşərsə, alətlərimizin müxtəlif elementlərindən istifadə edə bilərik. Onlardan biri də müvəqqəti vizasız rejimi aradan qaldırmaqdır", - deyə səfir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31