Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...
20 Sentyabr 2024 14:12 DünyaABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edib. Trampın fikrincə, FED-in son qərarı siyasi xarakterli olub.
Olaylar.az xatırladır ki, FED bu həftənin üçüncü günü qəbul etdiyi qərarla faiz dərəcəsini 5,25-5,5 həddindən 4,75-5 həddinə salıb.
FED son 4 ildə ilk dəfə faizləri azaldıb. Tramp hesab edir ki, bazarların gözlədiyi kimi, 25-30 faiz bəndi endirim edilməliydi. Onun sözlərinə görə, faizlərin daha çox endirilməsi siyasi qərar olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31