Ərdoğan göstəriş verdi: bu əməliyyata 60 həkim girdi

Pakistanlı "Siam əkiz"ləri Türkiyədə 14 saatlıq əməliyyatdan sonra bir-birindən ayrılıb.

Olaylar xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Bildirilir ki, başları bitişik şəkildə dünyaya gələn 8 aylıq Mirha və Minal 2023-cü ilin sentyabrında doğulublar. Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə körpələr əməliyyat olunmaq üçün Pakistandan Ankaraya gətirilib. Onlar mərhələli əməliyyatla bir-birindən ayrılıb. 14 saat davam edən bu əməliyyatda 60 tibb işçisi iştirak edib və əkizlərin birləşmiş baş nahiyələri uğurla ayrılıb.

Sağlamlığını bərpa edən körpə qızlar ilk doğum günlərini yan-yana və ayrı qeyd edə biləcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31