Rusiya Arktikada öz maraqlarını müdafiə etməyə tam hazırdır - ÖZƏL

Hərbi, siyasi və texnoloji nöqteyi-nəzərdən Rusiya Arktika regionunda öz maraqlarını müdafiə etməyə tam hazırdır.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz NATO-nun Arktikada mümkün böhranlarla bağlı təlimləri gücləndirdiyini görürük. Ölkəmiz öz maraqlarını hərbi, siyasi və müdafiə texnologiyaları baxımından müdafiə etməyə tam hazırdır", - Lavrov deyib.
Nazir daha sonra NATO-nun Arktika bölgəsinə marağının getdikcə artdığını deyib və "coğrafi mövqeyə görə Şimali Atlantika Alyansının orada da öz maraqlarının olduğunu iddia edib".
"Norveç NATO-nun qurucu üzvü idi, ona görə də deyirlər ki, orada baş verənləri izləmək lazımdır", - baş rusiyalı diplomat davam edib. "Lakin Arktika Şimali Atlantika alyansının ərazisi deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31